Veb-saytların yaradılması və işlənib-hazırlanması
Veb-saytların işlənib-hazırlanması müasir biznesin vacib elementi hesab olunur. Biznes veb-saytları satış və müştəri bazasını genişləndirmək üçün əla fürsətdir. Müasir bazar öz qaydalarını müəyyənləşdirir və hazırda istənilən şirkət, xüsusilə də öz sahəsində uğur qazanmaq istəyən böyük şirkətlər üçün öz veb resursunun olması çox vacibdir.
Biznes üçün veb-sayt
Biznes veb-saytının yaradılması dedikdə, nə başa düşülür? Biznes veb-saytının yaradılması şirkətin rəsmi internet təmsilçiliyinin işlənib-hazırlanması və bu təşkilatla bağlı müvafiq məlumatların yerləşdirilməsidir.
Biznes nöqteyi-nəzərindən veb-sayta niyə ehtiyacınız var? Şirkətin əsas məqsədi mənfəəti artırmaqdır. Yüksək keyfiyyətli dizaynı və yaxşı işlənib-hazırlanmış konsepsiyası olan veb-sayt, sahibinə böyük gəlir gətirə bilər. Veb-saytın yaradılması yalnız cari müştərilərlə ünsiyyət qurmaq üçün rahatlıq yaratmır, üstəlik özünüz haqqında bəyan edib yeni potensial istehlakçıları cəlb etmək üçün də yaxşı üsuldur. Veb-saytın sifarişindən sonra siz bazarın yeni bir seqmentinə sahib ola, internet reklamları vasitəsilə satışları artıra, biznes proseslərinin bir hissəsini avtomatlaşdıra bilərsiniz.
Veb-sayt özünüzü və biznesinizi təqdim etməyin əla vasitəsidir
Əslində, veb-sayt təşkilatın internetdəki simasıdır. Buna görə də biznes veb-saytının yaradılması mütləq hesab edilir. Veb-saytda şirkət haqqında ətraflı məlumat, şirkətin təklif etdiyi xidmətlər və ya məhsulların siyahısı, qiymət siyasəti və əlaqələr barədə məlumatlar yer alır. Bu məlumatların potensial müştərilər üçün günün hər saatında əlçatan olması önəmlidir.
Veb-saytların növləri
Veb-saytların aşağıdakı növləri mövcuddur:
Vizit kart tipli sayt
Bu, bir qayda olaraq 1-2 səhifədən ibarət olan kiçik bir veb-saytdır. Bu tip veb-saytlarda şirkət haqqında qısa məlumat və əlaqə vasitələri yerləşdirilir. Vizit kart tipli veb-saytlar, məqsədi internetdə təqdim olunmaq və əlaqə vasitələrini göstərmək olan kiçik şirkətlər üçün daha uyğundur.
Hazırlanma müddəti: 10-14 gün
Korporativ veb-sayt
Bu, çox səhifədən ibarət olan funksional saytdır. Korporativ veb-saytda şirkət haqqında ətraflı məlumat verilir, xidmətlər, məhsullar, aksiyalar, xəbərlər haqqında məlumatlar yerləşdirilir, həmçinin geri zəng və onlayn məsləhətçi kimi funksiyalar həyata keçirilir. Korporativ veb-saytın yaradılması mənfəətini artırmaq istəyən ciddi şirkətlər üçün çox vacibdir.
Hazırlanma müddəti: 25 gündən artıq
Onlayn kataloq
Onlayn kataloq şirkətin məhsullarını ziyarətçilərə göstərmək üçün nəzərdə tutulan veb-saytdır. Məhsullar strukturlaşdırılır, kateqoriyalara və qruplara bölünür, hər bir məhsul təsvir edilir və onun xüsusiyyətləri barədə məlumat verilir, həmçinin məhsulun axtarış vasitəsi də olur.
Hazırlanma müddəti: 30 gündən artıq
Onlayn mağaza
Şirkətin təqdim etdiyi məhsulları sifariş edərək real vaxt rejimində kredit kartları, SMS, WebMoney, YandexMoney və s. vasitəsilə ödəniş etmək imkanını təqdim edən veb-saytdır. Yəni, ziyarətçi məsafədən istədiyi məhsulu kataloqdan, "virtual vitrin"dən seçir və sifarişini edir.
Hazırlanma müddəti: 35 gündən artıq
İnternet portalı
Bu, çox sayda xidmətin təqdim edildiyi, böyük auditoriya üçün nəzərdə tutulmuş, çoxfunksiyalı və həcmli bir resursdur. İnternet portalına forumlar, virtual söhbətlər, poçt, kütləvi göndərişlər, reklam üçün tərəfdaş proqramları, anketlər və bloqlar daxildir.
Hazırlanma müddəti: 40 gündən artıq