Bütün reklam BTL-tədbirləri bilavasitə irəli çəkilən məhsulun məqsədli auditoriyasına yönəldilmişdir ki, bunun da nəticəsində reklam kampaniyası çərçivəsində əlaqənin satışa çevrilməsinin yüksək faizini təmin edirlər və çox zaman məhsulun satış həcminin dəfələrlə artımına gətirib çıxarırlar.
Bu gün FMCG bazarında ATL reklam büdcənin əhəmiyyətli hissəsini aparır və daha çox imicə, ticarət markasının tanınmasına işləyir, lakin heç də həmişə satışların səviyyəsinin ticarət məntəqələrində artmasına təsir göstərmir. Ancaq unutmaq lazım deyil ki, alıcının bu və ya digər markanın / məhsulun seçimi və rəfdən alıcı arabasına yerdəyişməsi barədə qərarı məhz satış məntəqələrində alınır.
BTL bilavasitə hər bir fərdi istehlakçıya reklam xəbərini və ya alışa çağırışı çatdırmağa imkan verir.
Reklam xəbəri bu halda maksimal dərəcədə şəxsi və fərdi xarakteri daşıyır, reklam təsiri yeri isə satış yerinə və ya alış qərarı qəbul edilən yerə maksimal dərəcədə yaxınlaşır.
Bu səbəbdən, kütləvi tələbat məhsullarının istehsalçıları fəal şəkildə BTL-ə sərmayə qoyurlar. BTL-ə investisiyalar alış haqqında qərarın qəbul olunduğu anda bilavasitə öz məqsədli auditoriyasına dəqiqliklə çatmağa imkan verir.
BTL-kampaniyaların reallaşdırması aşağıdakı hədəflərə nail olmağı nəzərdə tutur:
• irəli çəkilən marka / məhsul haqqında məqsədli auditoriyanın məlumatlandırılma səviyyəsinin artımı
• markanın / məhsulun tanınma səviyyəsinin artımı
• markanın / məhsulun nümunə üçün alışlarının artımı
• rəqabət aparan markalardan məqsədli auditoriyanın dəyişilməsinin hesabına markanın loyal istehlak bazasının artımı
• məqsədli auditoriyanın şüurunda markanın lazımlı imicinin formalaşması və ya möhkəmləndirilməsi
• istehlakçı ilə marka arasında emosional əlaqənin qurulması
Nəticədə, istənilən reklam kampaniyasının, həmçinin BTL-in yekun məqsədi, irəli çəkilən markanın / məhsulun satış həcminin artması olur.
BTL-reklamın əsas vəzifəsi irəli çəkilən markanın / məhsulun minimum xərclərlə potensial alıcıya maksimal mümkün yaxınlaşmasıdır.
Məqsəd markanın məqsədli auditoriyasının ən yüksək trafikinin müşahidə olunduğu yerin müəyyən olunmasından ibarətdir. Bundan sonra istehlakçını alışa həvəsləndirən təsir proqramı işlənib hazırlanır.