AUDİO VƏ VİDEO

Audio və Video reklam.

Audio və video reklam - malın və ya xidmətin irəliləyişinin məşhur və effektiv üsullarından biridir.

Bizim mütəxəssislərimizin təcrübəsi — sizin biznesinizin irəliləyişi üçün vasitədir. Belə ki, audio və video çarxların hazırlanması zamanı  biz şirkətin etibarı və reklam çarxına baxışdan sonra istehlakçıların alacaqları təəssüratlar haqqında düşünürük.

Audio reklam.

Audio reklam — bu müqayisədə ucuz və olduqca effektiv reklam vasitəsidir.

"Global Advertising Azerbaijan" reklam agentliyinin tükənməyən yaradıcılıq ehtiyatına malik mütəxəssisləri hökmən potensial müştərilərin diqqətini ələ alacaq orijinal, parlaq və maraqlı audio çarxları sizin üçün hazırlayacaqlar.

Bizim mütəxəssislərimiz sizin üçün audio reklamı hazırladıqları zaman Sizin arzularınızı nəzərə alacaq və təklif edilən mallar və xidmətlərdən asılı olaraq, məqsədli auditoriyanı və efirə çıxışın vaxtını müəyyən edəcəklər.

Siz "Global Advertising Azerbaijan" reklam agentliyində reklamı sifariş etdikdə nə əldə edəcəksiniz?

Siz bizim peşəkarlarımız tərəfindən hazırlanmış yalnız potensial müştərilərin diqqətini cəlb etməyəcək, həmçinin onları sizin mallarınız və xidmətlərinizi əldə etməyə həvəsləndirəcək yüksək keyfiyyətli effektiv reklam məhsulunu əldə edəcəksiniz.

Video reklam.

Video reklamı, haqlı olaraq, malların və xidmətlərin irəlilədilməsinin daha təsirli, tanınmış və imicli vasitələrindən biri hesab etmək olar.

Yalnız qısa və aydın deyil, həmçinin faydalı informasiya ilə maksimum dolğun orijinal video çarxı əldə etmək istəyirsiz? Onda siz lazım olan ünvandasız!

"Global Advertising Azerbaijan" reklam agentliyinin mütəxəssisləri sizin bütün gözləntilərinizdən üstün universal video çarxları hazırlayacaqlar.

 Siz niyə bizi seçməlisiniz?

Çünki biz ssenarini necə işləyib hazırlamağı və yadda qalacaq, lakin eyni zamanda təngə gətirməyəcək video çarxı necə hazırlamağı bilirik. Biz fikirlərə, hisslərə, münasibətlərə və insan davranışına istiqamətlənmiş  effektiv video reklamı hazırlayırıq. Bizim mütəxəssislərimiz öz işinin peşəkarları olaraq, çarxın hazırlanmasına reklamın təsiri və qəbul edilməsi qanunauyğunluqlarını nəzərə almaqla yaxınlaşırlar.

 

Bizə video reklam üçün müraciət edin və biz sizə biznesinizi yeni səviyyəyə qaldırmağa kömək edəcəyik.